Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-04-04 14:15:00
MİQ müsabiqəsindəki suallar çətinləşdiriləcək? -RƏSMİ CAVAB

 

 

“Məntiq blokunun müəllimlərin işə qəbul müsabiqəsindən çıxarılması sualların çətinlik səviyyəsinə heç bir təsiri olmayacaq”. 

 

 

Bu fikirləri AzEdu.az-a açıqlamasında TİPİİ-nin direktor müavini Nəzakət Mehdiyeva deyib.  O vurğulayıb ki, məntiqin çıxarılması müəllimin məntiqi təfəkkürünün yoxlanılmaması anlamına gəlmir:

 

 

“Məlum olduğu kimi,  məntiqin müsabiqədən çıxarılmasının əsas səbəbi Təhsil Qanundan irəli gələn dəyişikliklə bağlıdır.  Sertifikasiyadan keçən müəllimlər məntiqdən imtahan vermədiyinə görə sistemə yeni gələn namizədlər də bu blokdan imtahan verməyəcək.  İkinci tərəfdən bu o demək deyil ki, biz müəllimlərin məntiqi bacarıqlarını ölçməyəcəyik.  Məsələn, biologiya müəlliminin məntiqi təfəkkürünü yoxlamaq üçün ona  ixtisasdan dəyərləndirmə, təhlil səviyyəsində suallar veriləcək.  Bu sualların çətinləşdirilməsi deyil,  tapşırıqların bütün çətinlik səviyyələrinə normal paylanmasıdır”.

 

O, çətin sualların artırılması ilə bağlı fikirlərə münasibət də bildirib:

 

“Qiymətləndirmə məhz o zaman ədalətli hesab olunur ki, suallar asan, orta və çətin səviyyədə tərtib olunsun.   Yəni  iştirakçılar müəllimlər olduğuna görə asan sualları tamamilə çıxarmaq düzgün deyil. Çətin suallar artırılacaq deyə fikir də yoxdur.  Sadəcə məntiq blokunun yerində olan suallar metodika və pedaqogikaya verilir.  Ötən ilə qədər müəllimlərdən ancaq nəzəri məlumatlar soruşulurdusa, 2019-cu ildə artıq nəzəriyyələrin sinifdə birbaşa tətbiqinə dair stiuasiya tipli tapşırıqlar da verildi.   Qiymətləndirmə çərçivəsində bütün bunlar əks olunub”-deyə N.Mehdiyeva sözlərinə əlavə edib.