Azedu.az

AMEA ölkəni dronla dezinfeksiya edəcək

Maraqlı

Elmi institut və təşkilatlar

31 Mart 2020, 14:02
AMEA ölkəni dronla dezinfeksiya edəcək

AMEA-nın Yüksək Texnologiyalar Parkının rezidenti olan “Elm və Texnologiyalar Parkı” MMC tərəfindən kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün hazırlanmış “Agrodrone” adlı dron yeni tip koronavirusa (COVID-19) qarşı dezinfeksiya işlərinin aparılmasına uyğunlaşdırılıb.

 

Bu barədə AzEdu.az-a Azərbaycan Milli Elmlər Akademiyasından məlumat verilib.

 

Belə ki, drona quraşdırılmış çənlər və püskürtmə sistemi dezinfeksiyaedici məhlulu müəyyən hündürlükdən təyin edilmiş əraziyə çiləməyə imkan verir.

 

Sistemin inteqratoru AMEA-nın Yüksək Texnologiyalar Parkının digər rezidenti olan “Azeltech” MMC şirkətidir.

 

Qeyd edək ki, hazırda COVID-19 pandemiyasının yayıldığı Çin, İtaliya, Fransa, İspaniya, Tayvan və digər ölkələrdə dronlardan dezinfeksiya işlərinin aparılmasında geniş istifadə olunur. (MediaPost)

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox