Azedu.az

Yeni doğulan körpəyə KORONA adı verildi

25 Mart 2020, 11:35
Yeni doğulan körpəyə KORONA adı verildi

Hindistanın Uttar-Pradeş ştatında yeni doğulan körpəyə Korona adı verilib.

AzEdu.az  xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında qızın dayısı Niteş Tripati məlumat verib:

"Baxmayaraq ki, virus çox təhlükəlidir, təşvişə düşməyə ehtiyac yoxdur. Həkimlərin tövsiyələrinə əməl etməyə çalışmaq lazımdır. Bu körpə virusla mübarizədə insanların birliyinin simvolu olacaq".

Korona martın 22-də, ölkədə komendant saatı tətbiq olunmazdan bir neçə saat əvvəl doğulub.

Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu
Son xəbərlərDaha çox