https://www.zirve.edu.az/
19.03.2020 09:13
 Daha bir ölkə məktəbləri bağlayır
Çap et

Böyük Britaniyanın Baş Naziri Boris Conson Parlamentdəki mətbuat konfransında koronavirusun yayılması nəticəsində ölkədə məktəblərin bağlanacağını açıqlayıb.

AzEdu.az xəbər verir ki, o, ölkədə koronavirus səbəbi ilə ölənlərin sayının 104-ə ,xəstəliyə yoluxanların isə ümumi sayının 2626-ya yüksəldiyini söyləyib.

Şimali İrlandiyada məktəblərin bu gündən etibarən bağlandığı bildirilsə də, Şotlandiya və Uels muxtar hökumətləri məktəblərin cümə gününə qədər bağlanacağını açıqlayıblar.
Təhsil naziri Qevin Uilyamson bu il imtahanların keçirilməyəcəyini bildirib.