Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-03-14 13:41:00
Moskvada məktəblərə davamiyyət sərbəst rejimə keçdi

Bazar ertəsindən etibarən məktəblərə davamiyyət sərbəstdir.AzEdu.az xəbər verir ki, bu barədə Moskva meri Sergey Sobyanin bəyan edib.

 

Onun imzaladığı sərəncama görə, uşağın məktəbə getməsi, yaxud evdə qalması barədə qərarı valideynlər verəcək: “Təhsil müəssisələri ailələri tərəfindən məktəbə müvəqqəti buraxılmayan uşaqlara distant formada təhsil verməyə çalışacaq”. 

Bununla belə, bildirilir ki, məktəblərdə dərslər müntəzəm qaydada davam edəcək. Dərslərə sərbəst davamiyyət xüsusi göstərişə qədər davam edəcək.