Azedu.az

Milli Kitabxana koronavirus təhlükəsinə görə oxuculara xidməti müvəqqəti dayandırıb

Maraqlı

Elmi institut və təşkilatlar

12 Mart 2020, 11:30
Milli Kitabxana koronavirus təhlükəsinə görə oxuculara xidməti müvəqqəti dayandırıb

Koronavirus təhlükəsi ilə əlaqədar respublikada həyata keçirilən tədbirlər çərçivəsində martın 11-dən Milli Kitabxanada oxuculara xidmət müvəqqəti dayandırılıb. 

 AzEdu.az xəbər verir ki, Kitabxananın onlayn xidmətlərindən //anl.az/new/az/attention/39 (Metodiki xidmət, Biblioqrafik sorğu, Sənədlərin sifarişi və elektron çatdırılması) istifadə etmək olacaq.

Qeyd olunub ki, Milli Kitabxananın əməkdaşları var qüvvəsi ilə çalışır. 

“Xahiş edirik, Sizə lazım olan resursları əldə etmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə yazın. Dəyərli oxucularımız Sizin onlayn müraciətlərinizi gözləyirik. Yetər ki, bizə yazın!

Respublikada fəaliyyət göstərən digər kitabxanalar da istifadəçilərin sorğularını ödəmək üçün Milli Kitabxananın onlayn xidmətlərinə müraciət edə bilərlər”.

 

Paşinyan özündən çıxdı: Sənin küçüyünü tutub cəzalandıracam!
SORĞU
Müəllimlərin sertifikatlaşdırılması prosesində hansı yeniliyin tətbiqini istərdiniz?
Səs ver
Son xəbərlərDaha çox