https://www.zirve.edu.az/
07.03.2020 12:35
 Daimiləşmə müsabiqəsinin müəllimlər üçün yaratdığı əlavə şanslar-Rəsmi
Çap et

 

Təhsil Nazirliyi sisteminə daxil olan ümumitəhsil müəssisələrində müddətli əmək müqaviləsi əsasında işləyən müəllimlərin müddətsiz əsaslarla işə qəbulu müsabiqəsi bu gün başa çatır.

 

AzEdu.az  mütəmadi olaraq  daimiləşmə müsabiqəsində iştirak edən müəllimləri maraqlandıran məsələlərə aydınlıq gətirir.

 

İnsan Resurslarından  verilən məlumata görə daimiləşmə müsabiqəsində uğur qazanan namizədlərə də yeni tədris ilindən etibarən həvəsləndirmə tədbirləri tətbiq olunacaq.  Lakin bu bütün müəllimlərə şamil olunmur. Əgər müəllim həvəsləndirmə tədbirlər tətbiq olunan ümumtəhsil müəssisəsində işləyirsə, daimiləşmədən sonra  bu tədbirlər ona da şamil olunur.

Belə ki,  ümumtəhsil müəssisəsi rayon mərkəzinə 20 km- məsafədə yerləşirsə 60 manat (H1), 20 km-dən artıq olduqda isə 160 manat (H2) kompensasiya maaşa əlavə olunur. 

 

Kollecdə təhsil alıb müqavilə ilə işləyən müəllimlər də daimiləşmədə iştirak edə bilər.  Onlara heç bir problem, əlavə şərt yaradılmır. Necə ki, müəllimlərin işə qəbul müsabiqəsində iştirak edirlərsə, eləcə də daimiləşmədə də iştirak edə biləcəklər.

Lakin ixtisası pedaqoji istiqamətdə olan müəllim daimiləşmədə iştirak edə bilməyəcək.  Onlar məktəbdə müddətli müqavilə əsasında işləsələr də, daimi işləyə bilməzlər.

 

 Ayrı-ayrı ixtisaslar üzrə müsabiqə şərtlərinə gəldikdə isə həvəsləndirmə tədbirləri tətbiq olunmayan ümumi təhsil müəssisələrinə musiqi, təsviri incəsənət, fiziki tərbiyə fənləri üzrə keçid balı 42, digər fənlər üzrə 48, həvəsləndirmə tədbirləri tətbiq olunan ümumi təhsil müəssisələrinə musiqi və təsviri incəsənət fənləri üzrə 30, digər fənlər üzrə 36 bal müəyyən edilib.

 

Qeyd edək ki, elektron ərizə qəbulu başa çatdıqdan sonra uğur qazanan namizədlərin şəxsi səhifəsinə müsahibə ilə bağlı məlumat göndəriləcək.   Müəllimlərin işə qəbul müsabiqəsində olduğu kimi müsahibə komissiyası müəllimlərin hazırlıq səviyyəsini , psixoloji vəziyyətini, dünyagörüşünü yoxlayır.