Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-22 17:31:00
Azərbaycan Universiteti təhsil sərgisində iştirak edəcək

Azərbaycan Universiteti fevralın 23-də Sabunçu Gənclər Evində keçiriləcək  “Azərbaycan Universitetləri Sərgisi-2020”də iştirak edəcək.

Azərbaycan Universitetinin stendinə gələn sərgi ziyarətçiləri tədris olunan ixtisaslar, universitetin beynəlxalq əlaqələri və qoşulduğu tələbə mübadilə proqramları, tələbələr üçün yaradılan xaricdə təhsil imkanları, təqaüd proqramları haqqında məlumat ala biləcək, universitet və ixtisas seçimi ilə bağlı onları maraqlandıran sualları universitetin əməkdaşlarına ünvanlaya biləcəklər.

Sərginin təhsil müəssisələri üçün ayrılmış görüş otaqlarında abituriyent, valideyn və müəllimlər üçün Azərbaycan Universitetinin təqdimatı da təşkil olunacaq.