Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-19 11:07:00
Azərbaycan alimi Türkiyədə koronovirusla bağlı tədqiqatlar aparır

Türkiyənin Akdeniz Universitetinin professoru, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Tərlan Məmmədov qardaş ölkədə koronovirusla bağlı tədqiqatlar aparır.

AzEdu.az xəbər verir ki, AMEA-dan bildirilib ki, alim tədqiqatlar nəticəsində koronovirusa qarşı hədəf zülallarını müəyyən edib. Bu yaxınlarda zülalların bitki yarpaqlarının hüceyrələrinə köçürülməsi nəzərdə tutulur. Onun sözlərinə görə, bu hüceyrələrdə virusa qarşı vaksinin istehsal olunma ehtimalı yüksəkdir.

Qeyd edək ki, Tərlan Məmmədov, həmçinin hüceyrə daxilində enzimatik deqlikozlaşma texnologiyasından istifadə etməklə dünya üzrə ən çox insan xəstəliyinə və ölümünə səbəb olan malyariyaya qarşı vaksin hazırlayıb. Alim əldə olunan vaksinin milyonlarla insanın həyatını xilas edəcəyini bildirir: “Bu vaksinin kliniki sınaqlarda istifadəsi artıq Türkiyə hökuməti tərəfindən dəstəklənir”.

Bununla yanaşı, azərbaycanlı alim martın 5-dən 7-dək Türkiyənin İstanbul şəhərində keçiriləcək Beynəlxalq Biotexnologiya Konqresində “Hüceyrə və gen əsaslı peyvəndlər” bölməsində malyariya əleyhinə təklif etdiyi vaksinlə bağlı məruzə ilə çıxış edəcək.