https://www.zirve.edu.az/
18.02.2020 16:58
Mingəçevir məktəbliləri narkomaniyanın fəsadları barədə məlumatlandırılıblar
Çap et

Mingəçevir Şəhər Polis və Təhsil şöbələrinin birgə təşkilatçılığı ilə 4 saylı tam orta məktəbdə “Narkomaniyaya yox deyək!” mövzusunda görüş keçirilib.

AzEdu.az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib ki, şəhər polis şöbəsinin rəisi, polis polkovniki Hikmət Qasımov insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaradan, cinayətkarlığın artmasına təkan verən, bəşəriyyətin ən böyük bəlalarından sayılan narkomaniyanın fəsadları barədə məktəblilərə geniş məlumat verib və belə hallara qarşı birgə mübarizənin mühüm əhəmiyyət kəsb etdiyini bildirib. Şöbə rəisi ümumbəşəri problem olan narkomaniyaya qarşı mübarizədə maarifləndirmə işlərinin vacibliyini vurğulayıb. H.Qasımov ölkəmizdə narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı ciddi tədbirlərin həyata keçirildiyini diqqətə çatdırıb.

Digər çıxış edənlər mövzu barədə gənclərə ətraflı məlumat verib, onları zərərli vərdişlərdən uzaq durmağa, faydalı işlərlə məşğul olmağa çağırıblar.

Sonda məktəbliləri maraqlandıran suallar cavablandırılıb.