https://www.zirve.edu.az/
17.02.2020 17:47
Mərkəzləşdirilmiş Karyera Portalı yaradılacaq
Çap et

2022–2024-cü illərdə əmək bazarında ayrı-ayrı peşə və ixtisaslara tələbat barədə dolğun və real məlumatları özündə əks etdirən Mərkəzləşdirilmiş Karyera Portalı yaradılacaq.

AzEdu.az xəbər verir ki, portalı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Təhsil Nazirliyi ilə birgə hazırlayacaq.

Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən yaradılacaq portalda əmək bazarında peşə və ixtisaslara olan tələbat barədə dolğun və real məlumatlar toplanacaq. Yeni peşə və ixtisas qazanmış gənclər həmin məlumatlarla peşə və ixtisaslarla bağlı işəgötürənlərin tələbləri ilə tanış ola biləcəklər. Eyni zamanda, əmək bazarına daxil olmağa hazırlaşan gənclər portal vasitəsilə əmək bazarında rəqabətədavamlı peşə və ixtisaslar barədə məlumat əldə edəcəklər.