https://www.zirve.edu.az/
16.02.2020 13:27
Ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətləri təkmilləşdiriləcək
Çap et

“Azərbaycan Respublikasında peşə təhsili və təliminin inkişafına dair Strateji Yol Xəritəsi” çərçivəsində ümumtəhsil müəssisələrində peşəyönümü işi gücləndirilib. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq olunmuş bu sənəd hazırlananda ölkədə orta təhsil pilləsi məzunlarının yalnız 11 faizi peşə-ixtisas təhsili müəssisələrinə qəbul olunurdu. Bu, əhalinin təhsilin peşə-ixtisas istiqamətinə marağının az olmasından qaynaqlanırdı. Hazırda bu sahədə dövlət tərəfindən mühüm addımlar atılıb.

AzEdu.az xəbər verir ki, ümumi təhsildə peşəyönümünə dair məsləhət xidmətlərinin təkmilləşdirilməsi üçün Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 13 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020–2025-ci illər üçün Tədbirlər Planına əsasən Təhsil Nazirliyi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə birgə 2021–2025-ci illərdə infrastrukturu gücləndirəcək.

Bu məqsədlə pilot layihə olaraq 10 məktəbdə peşəyönümü məsləhət xidmətlərinin daha səmərəli həyata keçirilməsi üçün infrastruktur yenilənəcək.