Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-14 12:00:00
Məzahir Pənahov həm də kafedra müdiri imiş – Elmi əsərləri, tədqiqatları...

 

9 fevral tarixindən  etibarən ölkənin əsas gündəmi Milli Məclisə keçirilən növbədənkənar  seçkilərdir.

Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının fəaliyyəti  isə insanların  diqqət mərkəzindədir.

Xüsusən də qurumun sədri Məzahir Pənahov sosial şəbəkələrdə, mediada ən çox adı hallanan şəxsdir. Bu, təbii ki, parlament seçkiləri öncəsi və sonrası tam başadüşülən faktdır.

AzEdu.az bu günlərdə xüsusi diqqət mərkəzində olan  MSK-nın rəhbəri Məzahir Pəhahovun təhsil yolu haqqında yazını təqdim edir:

Fizikaya olan böyük həvəs

Məzahir Pənahov 13 mart 1951-ci ildə Tovuz rayonunun Qaraxanlı kəndində anadan olub. 1967-ci ildə Bakı Dövlət Universitetinin Fizika fakültəsinə daxil olub və 1972-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1973-1976-cı illərdə Sankt-Peterburq şəhərində A.F. İoffe adına Fizika-Texnika İnstitutunun aspiranturasında təhsil alıb.

Elmi dərəcələr

1977-ci ildə Bakı Dövlət Universitetində Yarımkeçiricilər fizikası kafedrasında baş müəllim, 1988-ci ildə isə dosent vəzifəsinə təyin olunub. 1979-cu ildə namizədlik, 1992-ci ildə doktorluq dissertasiyası müdafiə edib, 1993-cü ildən professor elmi adını alıb.

1982-1983-cü illərdə Böyük Britaniyada olub, Mançester universitetində Təbiət elmləri və Texnologiya İnstitutunda (UMİST) tədqiqatlar aparıb. 1991-ci ildən Ümumi fizika kafedrasında dosent, 1996-cı ildən kafedra müdiridir.

Elmi fəaliyyət

Rəhbərliyi ilə 1 elmlər doktoru və 1 elmlər namizədi hazırlanıb. Yerli və xarici nəşrlərdə dərc edilmiş 110-dan çox elmi məqalə, 1 dərslik və 3 dərs vəsaitinin müəllifidir.

Elmi fəaliyyəti əsasən, mürəkkəb quruluşlu bərk cisimlərdə elektron və optik hadisələrin tədqiqi ilə əlaqədardır.

Fizika-riyaziyyat elmləri doktoru və professordur.

2000-ci ildən Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədridir.

Şükufə Süleymanlı
Müəllifin digər yazıları