Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 16:35:00
Tibb Universitetində YENİ ixtisas yaradılır

AzEdu.az xəbər verir ki, Azərbaycan Tibb Universiteti bakalavr təhsili pilləsində daha bir yeni ixtisas - “Fizioterapist” ixtisası açılır.

Universitetdən  verilən məlumata görə, yeni ixtisas üzrə bakalavriat səviyyəsində 4 illik tədris proqramı təqdim olunur. Dörd illik tam təhsil aldıqdan sonra məzunlar magistratura və ya doktorantura üzrə diplomdansonrakı təhsillərini davam etdirə bilərlər.

Fizioterapiya təbii prosedurlarla müalicə aparan müasir tibbin ən vacib qollarından biridir. Bu sahənin mütəxəssisləri fiziki problemləri olan xəstələrə - zədəli insanlara, əlilliyi olanlara və yaşlı insanlara kömək edirlər. Fizoterapiya belə xəstələrin hərəkət qabiliyyətini yaxşılaşdırmağa, gələcəkdə daha ciddi problemlərin yaranması riskinin qarşısının alınmasına kömək edir.