Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-13 14:21:00
Parlamentdə ilk dəfə təmsil olunacaq xanımların təhsilləri –Biri dissertant, o biri alim...

 Mərkəzi Seçki Komissiyasının (MSK) açıqladığı  nəticələrə əsasən Milli Məclisin VI çağırış deputatlarının siyahısında gender sistemində hər hansı bir dəyişiklik olmayıb. 

Parlament seçkilərində V çağırışda olduğu kimi bu dəfə də 21 qadın mandat əldə edib.

Siyahıya əsasən, seçkidə qalib gələn qadınlardan bir nəfər Naxçıvan Muxtar Respublikasından, 7 nəfər Bakıdan, 13 nəfər isə bölgələrdən təmsil olunur.

AzEdu.az gənc qadın deputatların təhsillərini təqdim edir:

24 saylı Nizami Birinci Seçki Dairəsinin lider namizədi 34 yaşlı Könül Nurullayeva 1992-2000-ci illərdə N.Tusi adına orta təhsil müəssisəsini,  2000-2003-cü illərdə 6 saylı orta məktəbi bitirib.

2003-2008-ci illərdə  Azərbaycan Dillər Universitetinin Avropaşünaslıq və Beynəlxalq Əlaqələr ixtisası üzrə təhsil alıb. 2008-2010-cu illərdə ADU-nun Avropaşünaslıq və Beynəlxalq Əlaqələr üzrə magistr səviyyəsinə yiyələnib.

O, həmçinin, Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində olan Abbasqulu Ağa Bakıxanov adına Tarix İnstitutunun  dissertantdır.

6 saylı Culfa-Babək Seçki Dairəsinin lider namizədi 38 yaşlı Ülviyyə Həmzəyeva orta təhsilini Naxçıvan şəhərində alıb.

2003-cü ildə Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin təsviri incəsənət ixtisasını fərqlənmə ilə bitirib. 2006-cı ildə Naxçıvan Dövlət Universitetinin pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə magistr səviyyəsinə yiyələnib. Hazırda Naxçıvan Dövlət Universitetin təsviri incəsənət və rəsmxət kafedrasının baş müəllimi kimi fəaliyyət göstərir,  universitetin dissertantıdır. 

30 saylı Suraxanı Birinci Seçki Dairəsinin lider namizədi 40 yaşlı Sevinc Fətəliyeva  160 nömrəli tam orta məкtəbi bitirib. 1996-2000-ci illərdə  Azərbaycan Dillər Universitetində tərcümə ixtisası üzrə təhsil alan Sevinc Fətəliyeva, 2000-2002-ci illərdə ADU-da magistr səviyyəsinə yiyələnib, fiologiya üzrə fəlsəfə doktorudur

37 saylı Nizami Birinci (Gəncə) Seçki Dairəsinin lider namizədi, 44 yaşlı Pərvin Kərimzadə 1982-1992-ci illərdə Gəncə şəhər 4 saylı orta məktəbdə təhsil alıb. 1992-1997-ci illərdə Bakı Dövlət Universitetinin Tarix fakültəsini  bitirib. 2004-cü ildə “XIX əsrin sonu-XX əsrin əvvəllərində Şimali Azərbaycanda messenantlıq” mövzusunda namizədlik dissertasiyasını müdafiə edərək, tarix elmləri üzrə fəlsəfə doktoru  elmi dərəcəsini, 2009-cu ildən isə dosent elmi adını alıb. 2006-cı ildən AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun doktorantıdır.

59 saylı Salyan Seçki Dairəsinin lider namizədi 39 yaşlı Jalə Əhmədova 1997-ci ildə Bakı şəhər 158 saylı orta məktəbini bitirib. 2002-ci ildə Azərbaycan Beynəlxalq Universitetinin Hüquq, 2012-ci ildə Bakı Dövlət Universitetinin Beynəlxalq hüquq fakültəsini bitirərək, iki ali təhsil alıb. Hazırda Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Dövlət və Bələdiyyə idarəetməsi fakültəsində təhsilini davam etdirir.

93 saylı Bərdə Şəhər Seçki Dairəsi 47 yaşlı Fatma Yıldırım fizika-riyaziyyat elmlər namizədidir.

105 saylı Tovuz Seçki dairəsi, 44 yaşlı Qənirə Paşayeva Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.

 

 

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları