Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-10 16:57:00
Azərbaycan Milli Elmlər Akademiyası və TÜBİTAK-ın layihə müsabiqəsi davam edir

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində iki ölkənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan olunmuş layihə müsabiqəsi davam edir.

AzEdu.az xəbər verir ki, AMEA-dan bildirilib ki, müsabiqəyə layihə təklifləri martın 6-dək qəbul olunur. Layihə təklifləri Türkiyə və Azərbaycandan olan tərəfdaş qruplar tərəfindən birlikdə ingilis dilində hazırlanmalıdır.

Ətraflı məlumat və ərizə formalarını bei.science.gov.az veb-səhifəsindən əldə etmək olar.

Azərbaycan tərəfi layihə təkliflərini AMEA Rəyasət Heyəti aparatının Beynəlxalq əlaqələr idarəsinə təqdim etməlidir. E-mail: [email protected].