
M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin (MDU) Bakı filialında rus dili və ədəbiyyatı fənni üzrə bazar günü məktəbi fevralın 15-də saat 16:00-da keçiriləcək. Həmçinin martın 7-də və 14-də müvafiq fənlər üzrə bazar günü məktəbi təşkil ediləcək.
AzEdu.az xəbər verir ki, MDU-nun Bakı filialının saytına istinadla xəbər verir ki, bazar günü məktəbi Hüseyn Cavid prospekti, 133 ünvanında (metronun “Elmlər Akademiyası” stansiyası yaxınlığında) olacaq. Məşğələlər pulsuzdur. Bazar günü məktəbinə yazılmaq üçün MDU-nun Bakı filialının saytında formanı doldurmaq lazımdır. Qeydiyyat şənbə günü saat 11-də bağlanır və bazar ertəsi saat 9:30-dan açılır. Ətraflı məlumatla MDU-nun Bakı filialının saytında tanış olmaq mümkündür. Əlaqə nömrəsi: +99412 598 93 32.
kitabı







