Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 15:40:00
AMEA-nın İdarəetmə Sistemləri İnstitutu Gürcüstan Kənd Təsərrüfatı Akademiyası ilə əməkdaşlıq edəcək

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İdarəetmə Sistemləri İnstitutu ilə (İSİ) Gürcüstan Kənd Təsərrüfatı Akademiyası arasında elmi-tədqiqat, əməkdaşlıq və birgə fəaliyyət haqqında anlaşma memorandumu imzalanıb.

AzEdu.az xəbər verir ki, memorandumun məqsədlərinə kənd təsərrüfatında və sənayedə istifadə olunan müxtəlif avadanlıqların işlənməsi üçün birgə araşdırmaların və tədqiqatların aparılması, torpaq ekosistemlərindəki problemlərin həllinə dair sistemli yanaşma konsepsiyasına əsaslanan riyazi modellərin işlənməsi, onların adekvatlığının artırılması və tədqiqat nəticələrinin praktiki məsələlərin həllində istifadə edilməsi aiddir.

Müqavilədə, həmçinin əkin sahələrinin diaqnostikası zamanı çoxspektrli aerofotoşəkillərinin emalı və təhlili üçün Coğrafi İnformasiya Sistemlərinin (CİS), Qlobal Mövqetəyinetmə Sisteminin (GPS) və məsafədən zondlamadan istifadə edilməsi, həşərat infeksiyalarının sürətli xəritələşdirilməsi nəzərdə tutulub. Bundan əlavə, ərazi koordinatlarına bağlı olaraq pestisid və gübrədən istifadəyə dair qaydalar işlənib hazırlanacaq, Gürcüstan və Azərbaycan iqtisadiyyatının inkişafına yönəlmiş layihələr həyata keçiriləcək.