Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-05 14:07:00
Məktəblərdə maarifləndirmə tədbirləri

AzEdu.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğın Nəzarəti Xidmətinin 3-cü ərazi Dövlət Yanğın Nəzarəti İdarəsi Bakıdakı 177, 328 nömrəli tam orta məktəblərdə, Muğan regional Dövlət Yanğın Nəzarəti İdarəsi Sabirabad rayon Mədəniyyət Mərkəzində, Salyan şəhər 59 nömrəli məktəbdə  , Qarabağ regional Dövlət Yanğın Nəzarəti İdarəsi Ağcabədi rayon Qaradolaq kənd tam orta məktəbində, Şimal regional Dövlət Yanğın Nəzarəti İdarəsi isə Quba şəhər 52 nömrəli məktəbdə maarifləndirmə tədbirləri keçirib. Tədbirlərdə “Dəm qazı təhlükəsi”, “Məişətdə yanğın təhlükəsizliyi”, “112” qaynar xətti”nə nə vaxt zəng etməli?, “Odsöndürənlərdən istifadə qaydası” mövzularında söhbətlər aparılıb. Eyni zamanda, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani olaraq nümayiş olunub.

 Həmçinin, yanğına qarşı təbliğat işində istifadə olunması üçün “Vətəndaşların nəzərinə”, “Yanğın zamanı davranış qaydaları” mövzularında məktəblilərə  yaddaş vərəqələri və bukletlər  də təqdim edilib.

Sifai SƏFƏROVA (Azərbaycan müəllimi)