Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-04 17:55:35
“Sənin adın azərbaycanlıların qəlbində yazılıb” – Şəhid Mübarizə cavab məktubu

Xəbər veridiyimiz kimi, Lənkəran rayonu Boladi kənd 1 saylı tam orta məktəbin hərbi rəhbəri, gənc müəllim Eldar İlqaroğlu dərs dediyi məktəbdə hərbi-vətənpərvərlik ruhiyyəsini artırmaq məqsədilə “Mübarizə cavab məktubu” adlı inşa müsabiqəsinə start verilib. Ən yaxşı inşalar AzEdu.az saytında dərc olunacağı və daha təsirli yazan şagird sonda mükafatlandırılacağı bildirib.

Eldar İlqaroğlunun AzEdu.az-a verdiyi məluma görə artıq müsabiqə yekunlaşıb. Müsabiqənin qalib yazılarından biri də Lənkəran rayonu Boladi 1 saylı tam orta məktəbin XI-b sinif şagirdi Xanım Şükürovanın olub. Yazını təqdim edirik:

Mübariz İbrahimova cavab məktubu

Böyük sənətkarların, yazıçıların həyatı, yaradıcılığı haqqında əksər kitablarda yazılıb. İndi onları tanıyan insanlar səni də tanıyır, amma bir fərq var. Bilirsən o fərq nədir ? Onların adı kitablarda, jurnallarda yazılıb. Sənin adın isə azərbaycanlıların qəlbində yazılıb. Mən səni örnək kimi görürəm. Çünki sənin hekayən tam fərqlidir. Çünki sənin sevgin tam fərqlidir. Yaşıdların bir qızı və ya bir kimsəni sevəndə sən Vətəni sevdin. Sənin həyat hekayəni oxuduqdan sonra mənim Vətənə olan sevgim daha da böyüdü. İllərdir, aramızda yoxsan, amma sən həmişə bizim qəlbimizdə və ağlımızdasan, gözəl insan! Sənin haqqında oxuduğum kitab o qədər maraqlı idi ki, düşündüm və dedim; “Kaş Mübarizi tanıya bilərdim. Kaş onun kimi ləyaqətli və şərəfli insanı gözlərimlə görərdim. Düzünü desəm, sənin yaşadıqların və etdiklərin inanılmaz gəlirdi mənə. Çünki mən belə qəhrəmanları ancaq kitablarda, ya da filmlərdə görmüşəm. Sən mənim ağlımdakı qəhrəman rolunu canlandırdın. Sadəliyin, dürüstlüyün, cəsurluğun, şərəf və ləyaqətinlə ağlımdakı o qəhrəmanlığa həyat verdin. Anladım ki, filmlərdə görüb heyran olduğumuz insanlar həyatda da-gerçəkdə də varmış. Bəlkə də minlərlə insanın bacara bilməyəcəyi şeyi sən elədin. Qorxmadan, cəsarətlə düşmən üstünə getdin. Sən şəhidlik zirvəsinə ucaldın. Elə bir zirvə ki bu yalnız Allahın ən sevimli və şanslı bəndələrinə nəsib olur.

“Yaxşı insanlar tez ayrılır dünyadan” deyirlər. Sən də tez getdin. Amma Cənnətə getdin. O qapıdan içəri girdiyin üçün çox şanslısan. Çünki sən sadəcə Cənnətə girmədin, Allahın, Peyğəmbərin və İmam Hüseynin sevgisini qazandın.