Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-02-03 16:47:00
Sual nümunələrinin verildiyi DİM vəsaiti çap edildi

Ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul elanının tam mətni “Magistr” jurnalının 2-ci nömrəsində dərc olunub.

Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, jurnalın bu nömrəsində bakalavrlara kömək məqsədilə ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsini, informatika üzrə bilikləri, xarici dilləri bilmə səviyyəsini yoxlayan test tapşırığı nümunələri təqdim olunub. Bu nömrədə, həmçinin müsabiqə şərtləri, “Bakalavrın elektron ərizəsi”nin doldurulma qaydası və onun nümunəsi də dərc edilib. Jurnalı kitab köşklərindən almaq və ya www.abiturient.az  saytından sifariş etmək olar.

Qeyd edək ki, imtahan fevralın 23-də keçiriləcək və bakalavrlara ümumi intellektin (məntiqi təfəkkürün) inkişaf səviyyəsinin yoxlanılması üçün 50 (o cümlədən açıq formalı 5), informatika üzrə 25 (o cümlədən açıq formalı 5) və xarici dil üzrə 25 (o cümlədən açıq formalı 5) test tapşırığı təqdim olunacaq. Qəbul imtahanında sualların cavablandırılmasına 3 saat vaxt ayrılacaq.