Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-31 18:05:00
Azərbaycanın beyin mərkəzləri nüfuzlu “Global Go To Think Tank 2019”un reytinqində

“Global Go to Think Tank İndex Report” 2019-cu il yanvarın 31-də Pensilvaniya Universitetinin Lauder İnstitutunun “Beyin Mərkəzləri və Vətəndaş Cəmiyyəti Proqramı” (The Think Tanks and Civil Societies Program - TTCSP) çərçivəsində hazırlanan, dünyanın ən yaxşı beyin mərkəzlərinin illik reytinqini dərc edib.

Azedu.az xəbər verir ki, Azərbaycanda olan beyin mərkəzləri arasında aşağıdakılar Asiya və Qafqaz bölgəsinin ən yaxşı reytinq qazanan mərkəzləri siyahısına daxil edilib:

- Strateji Araşdırmalar Mərkəzi (SAM)
- İqtisadi və Sosial İnkişaf Mərkəzi (İSİM)
- İqtisadi İslahatlar və Rabitə Təhlili Mərkəzi (İİTKM)
- Dövlət Maliyyə Monitorinqi Xidməti (DMMX)
- İqtisadi Tədqiqatlar Mərkəzi (İTM)
- Qafqaz Tədqiqat Resurs Mərkəzi (QTRM)
- Sahibkarlığın İnkişafı Fondu (SİF)
- İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu (İİETİ)
- Milli Büdcə Qrupu (MBQ)
- Azərbaycan Düşüncə Mərkəzləri Alyansı (ADMA) və sairləri

“Global Go to Think Tank Index Report”a görə, ən çox analitik mərkəzlər Avropada yerləşir.

Daha çox beyin mərkəzlərinə sahib olan ölkə isə ənənəvi olaraq Amerika Birləşmiş Ştatlarıdır. Rusiya bu siyahıda 215 mərkəzlə yeddinci yerdə qərarlaşıb. Polşada 60, Rumıniyada 54, Bolqarıstanda 44, Ukraynada 39, Belarusda və Litvada isə 22 belə beyin mərkəzi fəaliyyət göstərir.

Pensilvaniya Universitetinin Lauder İnstitutu analitik mərkəzlərin dünya ölkələrində vətəndaş cəmiyyətinin və siyasi institutların inkişafında rolunu araşdırır.

İnstitut 181 ölkədə yerləşən 7500 beyin mərkəzinin məlumat bazasını araşdırır. The Think Tanks and Civil Societies Program - TTCSP hər il dünyanın aparıcı beyin mərkəzlərini müxtəlif kateqoriyalar üzrə qruplaşdıran "Global Go To Think Tank" indeks reytinqini dərc edir. Bu reytinqin məqsədi beyin mərkəzlərinin effektivliyini artırmaq və ictimaiyyəti onların vacib rolu barədə daha da məlumatlandırmaqdır.

Reytinq haqqında daha ətraflı məlumatla buradan tanış ola bilərsiniz.(oxu.az)