Azedu.az

Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlı

27 Yanvar 2020, 16:19
Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlı

İctimai İaşə və Xidmət üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində ərzaq və qeyri-ərzaq malları satıcısı, əməliyyatçı mühasib, aşpaz, qənnadıçı-şirniyyatçı qruplarının sonuncu kursda təhsil alan tələbələri üçün “Araz Supermarket” MMC-nin İnsan resursları departamentinin əməkdaşı Vasif Fərəcovla görüş təşkil edilib.

Peşə Təhsil Mərkəzindən AzEdu.az-a bildirilib ki, görüşdə şirkətin fəaliyyət istiqamətləri, mövcud vakansiyalar, təcrübə proqramları və karyera imkanları haqqında ətraflı məlumat verilib.

İşə qəbulla bağlı müraciət edən tələbələrin və məzunların CV-ləri dəyərləndirilmək üçün qəbul edilib və onları maraqlandıran suallar cavablandırılıb.

Bir neçə saata Yaxın Şərqdə tarixin ən böyük müharibəsi başlayacaq
SORĞU
Ən uğurlu regional təhsil idarəsi hansıdır?
Səs ver
Son xəbərlərDaha çox