ABŞ-nin Ədliyyə Nazirliyi tələbələr arasında irqi və etnik zəmində ayrı-seçkiliyə yol verildiyi şübhələri səbəbindən Harvard Universitetində təhqiqat başladıb.
AzEdu.az xəbər verir ki, bu məlumat nazirliyin rəsmi açıqlamasında öz əksini tapıb.
Nazirlikdən bildirilib ki, məsələ maliyyə dəstəyinin ayrılması prosesindəki ehtimal olunan ayrı-seçkiliklə bağlıdır.
Qurum hesab edir ki, Birləşmiş Ştatların ən köklü ali təhsil müəssisəsində əsasən etnik azlıqlara, xüsusi olaraq isə etnik çinlilərə və Çindən gələn beynəlxalq tələbələrə daha çox üstünlük verilir.
Öz növbəsində Harvard rəhbərliyi iddiaları təkzib edir:
"Maliyyə yardımı təyin edilərkən tələbələrin irqi, etnik və ya milli mənsubiyyətinə görə qeyri-qanuni ayrı-seçkiliyə şərait yaradılmır".
Buna rəğmən, universitet rəhbərliyi aparılan araşdırma prosesində Ədliyyə Nazirliyi ilə birgə işləməyə hazır olduqlarını diqqətə çatdırıblar.