![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_meekteeb_960.jpg)
Paytaxt məktəblilərinin beynəlxalq yarışlarda əldə etdiyi uğurların sırası genişlənməkdədir.
AzEdu.az xəbər verir ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 270 nömrəli tam orta məktəbin V sinif şagirdi Cansu Əhmədzadə karate üzrə Gürcüstanda keçirilən beynəlxalq turnirdə qalib gələrək Azərbaycan bayrağını qaldırıb, himnimizi səsləndirib. O, qızıl medal və diplomla mükafatlandırılıb.
Paytaxtdakı 25 nömrəli tam orta məktəbin X sinif şagirdi Sübhan Əsgərov cüdo idman növü üzrə 60 kiloqram çəki dərəcəsində Türkiyədə keçirilən beynəlxalq yarışda qalib gəlib, qızıl medal və diplomla mükafatlandırılıb.
13 nömrəli tam orta məktəbin XI sinif şagirdi Zaur Məmmədov karate üzrə Azərbaycanda keçirilən açıq Avropa çempionatında 70 kiloqram çəki dərəcəsində qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Məktəbli qızıl medal və diploma layiq görülüb.
Eyni yarışda uğurla çıxış edən digər məktəbli isə 191 nömrəli tam orta məktəbin IV sinif şagirdi Şükran Həsənovdur. O, karatenin iki növü üzrə 35 kiloqram çəki dərəcəsində nümunəvi çıxış edərək II yerə layiq görülüb. Məktəbli gümüş medal və diplomla mükafatlandırılıb.
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)