https://www.zirve.edu.az/
24.01.2020 09:00
2030-cu İL ZUKERBERGİN GÖZÜ İLƏ - REKTOR YAZIR

 

Yaxın illərdə dünyanı gözləyən problemlər barədə müxtəlif fikirlər səsləndirilir. 

AzEdu.az  Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət  Muradovun fikirlərini təqdim edir: 

 Nəsillər dəyişəcək

Gələcək 10 ildə vəziyyət dəyişəcək - daha çox gənclər səs vermək hüququ qazanacaq, milleniallar şirkətləri idarə edəcək və ictimai prosesə təsir edə biləcəklər. "Facebook" yeni nəsil sahibkarları, liderləri və alimləri informasiya və maliyyə baxımından dəstəkləyəcək.


İnternet və yaxınlıq

Kimliyindən və yerindən asılı olmayaraq hər bir adamla internet vasitəsilə ünsiyyət qura bilirik. Biz milyardlıq bir cəmiyyətin tərkib hissəsinə çevrilmişik. Amma bu hələlik bizi "şəbəkədə tənhalıq"dan xilas edə bilməmişdir.
Gələcək 5 ildə rəqəmsal sosial mühit daha az "qlobal" olacaq və o, şəxsi ünsiyyət və böyük olmayan cəmiyyətlərə fokuslanacaq.

 Biznes üçün imkanlar

Son 10 ildə texnologiyalar sənayesi daha sürətlə inkişaf etmişdir. Bu nailiyyətlərin digər sənayelərin inkişafı üçün istifadə etmək vaxtı yetişmişdir.
Hazırda biz daha çox kiçik biznesə yardıma köklənirik. Artıq 140 milyondan artıq kiçik şirkətlər müştərilərini Facebook, İnstagram və ya "WhatsApp" vasitəsilə və pulsuz tapırlar. "Facebook" ümid edir ki, gələcək 10 ildə sosial şəbəkələr vasitəsilə birbaşa satın almaq və ödəniş etmək alətləri yaradacaq.

 Virtual reallıq


1990-cu illərdə əsas texnologiya fərdi kompüter, 2000-ci illərdə - internet, son 10 ildə isə smartfon olmuşdur.


Çələcək 10 ildə isə ən geniş yaylmış qadjet tamamlanmış eynəklər olacaq. Bu indiyə qədər mövcud olmuş bütün texnologiyalar içərisində ən insani və sosial olacaq. İstənilən yerdə "iştirak etmək" istifadəçilərə bir-birinə daha yaxın olmağa imkan yaradacaq. Qadgetlər insanları biri- birindən ayırır, virtual reallıq isə, əksinə, yaxınlaşdırır.


Virtual reallıq işsizlik, böyük şəhərlərdə əhali sıxlığı, bahalı mənzil kimi sosial problemləri də həll edəcək. Təsəvvür edin ki, istənilən yerdə yaşamaq, işi isə tamamilə başqa bir yerdə tapmaq mümkün olacaq.

 Yeni idarəetmə formaları


Yaxın 10 ildə sosial şəbəkələrin əsas vəzifəsi söz azadlığı və təhlükəsizlik, konfidensiallıq və qayda və qanunların təmin edilməsi, açıq sistemlər və şəxsi məlumatların müdafiəsi arasında kompromisin tapılması olacaqdır.