Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-24 08:47:00
Sumqayıtda ilk dəfə səs verəcək tələbələr maarifləndirilib

Fevralın 9-da ölkəmizdə keçiriləcək Milli Məclisə seçkilərdə ilk dəfə səs verəcək Sumqayıt Dövlət Texniki və Musiqi kolleclərinin tələbələri ilə görüş keçirilib.

AzEdu.az xəbər verir ki, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə reallaşan görüşdə respublikada dövlət gənclər siyasətinin uğurlu inkişafından, Milli Məclisə keçirilən seçkilərin ölkəmiz üçün əhəmiyyətindən söhbət açılıb.

Qeyd edilib ki, görüşün məqsədi tələbələr arasında seçkilərdə iştirakın təbliği, seçkilərdə ilk dəfə iştirak edən gənclərin seçki prosesi, seçkilərdə iştirak hüququ, saciçilərin hüquq və vəzifələri, səsvermə proseduru barədə maarifləndirilinməsidir.

Sonra tələbələrə mövzu ətrafında ətraflı məlumat verilib, qanunla hüquqları məhdudlaşdırılmayan 18 yaşına çatmış hər bir Azərbaycan vətəndaşının səsvermə hüququndan istifadə etməklə əslində seçki obyektivliyini təmin etmiş olacağı diqqətə çatdırılıb.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb, iştirakçılara maarifləndirici bukletlər paylanılıb.