Azərbaycan Texniki Universitetinin (AzTU) rəhbərliyinin təşəbbüsü ilə ali təhsil müəssisəsində elektron təhsil sisteminin keyfiyyətinin daha da yaxşılaşdırılması məqsədilə informasiya texnologiyaları proqramlarına dair təlim başa çatıb.
AzTU-dan AzEdu.az-a bildirilib ki, təlimdə iştirak edən 60 tələbədən 20-si imtahandan uğurla keçib. Təlimi uğurla başa vuran tələbələrə və təlimçilərə sertifikatlar təqdim edilib.