Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-16 14:02:00
REKTOR: Universitetdə rəqəmsallaşma ən yüksək səviyyəyə qaldırılacaq

“Yaxın vaxtlarda Azərbaycan Texniki Universitetində (AzTU) ən yüksək səviyyədə rəqəmsallaşma işləri aparılacaq. Bütün sahələrdə - tədris prosesi, keyfiyyətin yüksəldilməsi və maddi-texniki bazadan istifadədə rəqəmsallaşma tətbiq olunacaq”.

AzEdu.az xəbər verir ki, bu sözləri TED.az-a açıqlamasında AzTU-nun rektoru, professor Vilayət Vəliyev deyib.

Universitetin xarici əlaqələrindən, ikili diplom müqavilələrindən danışan rektor AzTU-nun Almaniya və Türkiyə universitetləri ilə əməkdaşlığına diqqət çəkib: “Universitetimizin ciddi xarici əlaqələri mövcuddur. AzTU-nun ənənəvi və tarixi olaraq Almaniya universitetləri ilə sıx əlaqələri var. Universitetimizdə 15-20-yə yaxın mükəmməl şəkildə alman dilini tədris edən müəllim və alman dili qruplarımız da var. Almaniyanın əsasən Axen, Branderbuq, Leypsik, Drezden və digər bir sıra universitetləri ilə əməkdaşlıq edirik. Hazırda Avropanın digər ölkələrinin universitetləri ilə münasibətlər qururuq. İkili proqramlar, tələbə mübadiləsi və digər istiqamətlərdə xarici universitetlərlə əlaqələr yaradılır. Biz əsas üstünlüyü Almaniya və Türkiyə universitetlərinə veririk. Bu istiqamətdə ciddi işlər görülür. Qeyd etmək istəyirəm ki, yaxın günlərdə hər iki ölkəyə işgüzar səfərlər gözlənilir”.

Rektor qeyd edib ki, Türkiyə Sənaye və Texnologiyalar Nazirliyi ilə AzTU arasında əməkdaşlıq istiqamətləri müəyyənləşdirilir: “Türkiyə Sənaye və Texnologiyalar Nazirliyinin nümayəndə heyəti bura gəlmişdi. Nazir müavini Həsən Böyükdədənin başçılığı ilə nümayəndə heyəti mənim dəvətimlə universitetimizə təşrif buyurdu. Biz bununla bağlı böyük bir proqram hazırlayırıq. Yaxın günlərdə bu prossesi həyata keçirəcəyik”.