Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 12:03:00
“Kitab oxumuram” – Flora Kərimovadan maraqlı cavab

 

 AzEdu.az təhsil portalı   tanınmışların oxuduqları kitablar, onların təhsil uğurları, təhsillə bağlı fikirlərinə də yer ayırır.

Bu yolla məşhurların dilindən ən sevdiyi romanların, bədii əsərlərin təhlili, onların məktəblə bağlı əhvalatları ilə  bağlı silsilə yazıları davam etdirir.

“Kitab təhlil etmək mənim üçün çətindir”

“Məşhurla oxu” rubrikasının budəfəki qonağı Azərbaycan Respublikasının xalq artisti, məşhur estrada və opera müğənnisi Flora Kərimovadır.

“Ən sevdiyiniz roman hansıdır?” sualına xalq artistinin cavabı maraqlı olub:  

“Hazırda kitab oxumuram. Amma “Həyat” kitabını oxuyub, onunla  yaşayıram. Hazırda mənim üçün hər hansı kitabı təhlil etmək çətindir”.

Flora Kərimovadan məktəb illərindən yadında qalan maraqlı xatirələrini söyləməyini xahiş etsək də,hər hansı xatirələri xatırlamadığını bildirib:

“Məktəb illəri ilə bağlı heç bir xatirə yadımda deyil. Axı 78 yaşında nə xatirə?”

Qeyd edək ki, Flora Kərimova Bakıda anadan olub. O, 1964-cü ildə Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu bitirib. 1971-ci ildə Azərbaycan Dövlət Tibb İnstitutununun məzunu olub. Flora Kərimova 1977-ci ildə Azərbaycan Dövlət Konservatoriyasını bitirib.

Flora Kərimova klassik Avropa operası (nümunə üçün Qaynana filmində Dilbərin ariyası, Sular qız romansı), Milli Opera janrı (doqquz dəfə Üzeyir Hacıbəyovun Leyli və Məcnun operasında Leyli), xalq mahnıları, Bəstəkar mahnılarının Klassik Art-Estrada (Sovet Estradası) janrlarının ustad sənətkarıdır.    

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları