Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-10 11:27:00
AMEA-da mühüm dəyişikliklər gözlənilir

AMEA-nın Rəyasət Heyəti aparatının strukturunda dəyişiklərin olması gözlənilir.

AzEdu.az xəbər verir ki, yanvarın 9-da AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda AMEA-nın müxbir üzvü Əminağa Sadıqov  “AMEA Rəyasət Heyəti aparatının strukturu haqqında” qərar layihəsini AMEA Rəyasət Heyətinin üzvlərinin diqqətinə çatdırıb.

O, bildirib ki,  Rəyasət Heyəti aparatının strukturu və idarəetmə sisteminin, habelə kadrların seçilməsi və yerləşdirilməsi işinin təkmilləşdirilməsi məqsədilə AMEA prezidentinin 21 noyabr 2019-cu il tarixli sərəncamı ilə Komissiya yaradılmış və hazırlanmış təkliflər AMEA-nın prezidentinə təqdim edilib. Təkliflər əsasında AMEA Rəyasət Heyəti aparatının yeni strukturunun layihəsi hazırlanıb.

Əminağa Sadıqov iclas iştirakçılarını layihə ilə tanış edib, məsələ müzakirə olunduqdan sonra isə müvafiq qərar qəbul olunub.

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları