Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-09 15:17:00
Hafiz Hacıyevin “Kitab çantası” –“Dünya ədəbiyyatı yoxdur”

 

AzEdu.az  “Kitab  çantası ” rubrikasını davam etdirir.

Qeyd edək ki, rubrikanın məqsədi oxucuları cəmiyyətə bəlli olan, məşhur şəxslərin seçdiyi kitablarla tanış etmək, onlara kitab oxumağı aşılamaqdır.

Məsələ belədir, bəzən, dahi şəxslərə də bu sualı veriblər: əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz? Cavablar çox müxtəlif olub... Hərə özünün “kitab çantasında” olacaq  tamam başqa ədəbiyyatların adını çəkib, kimsəsiz bir diyara gedəndə məhz onları aparacağını deyib.

Rubrikamızın növbəti qonağı- Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevdir.

"Əgər kimsəsiz adaya, heç kəsin yaşamadığı bir yerə getsəniz, özünüzlə hansı kitabları götürərsiniz?" sualına partiya sədri Hafiz Hacıyevin cavabı fərqli olub. O, rubrika çərçivəsində cavablamalı olduğu sualdan danışmayıb və fikirlərini  “ziyalı” məfhumu üzərində cəmləşdirib:

“Azərbaycanda ziyalıların sayı çox azdır.  Mən də vaxtikən əsl  ziyalı bildiyim bu  adamların kitablarını çox oxumuşam”.

Hafiz Hacıyev çox mütaliə etdiyini vurğulasa da lakin bir kitabın adını belə söyləməyib:

“Özüm elmlər namizədiyəm. Amma özüm-özümə də şübhə edirəm və  bilmirəm ki, ziyalıyam ya yox. 

Heç dünya ədəbiyyatı da yoxdur. Dünya ədəbiyyatında heç bir haqq yoxdur”.

Günel Yaşarqızı
Müəllifin digər yazıları