![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_robot_1578398976_586.jpg)
Ümumrusiya Əmək Tədqiqatları İnstitutunun mütəxəssisləri robotların tezliklə insanları əvəz edə biləcəkləri peşələri araşdırıb.
"Uçitelskaya qazeta" mütəxəssislərin fikrinə əsasən bildirir ki, robotlar , ilk növbədə bugünkü bir sıra peşə sahiblərinin "standartlaşdırılmış" xidmətlər göstərdikləri sahələri zəbt edəcək.
AzEdu.az xəbər verir ki, "Rossiyskaya qazeta"nın yazdığına görə, bu, banklar, sığorta şirkətləri, turizm agentliklərinin işçilərinə - sənədləşmə və xidmətlərin satışı ilə məşğul olanlara aiddir. Artıq bu gün uzaqdan bir bank hesabı aça, təyyarəyə bilet ala və ya sığorta ədə edə bilərsiniz.
Robotlaşma həm də məlumatların daxil edilməsi və emalı ilə məşğul olan əməkdaşları- idarəçiləri və onların köməkçilərini də işsiz qoya bilər. Texnologiyalar insanlara nisbətən daha böyük həcmdə məlumatlarla işləməyə imkan verir.
Yox olmaq təhlükəsi altında olan peşələrin digər bir qrupu yoxlama və nəzarət işçiləridir. Kassirlərin, nəzarətçilərin, satıcıların və ya mühafizəçilərin vəzifələri getdikcə İT texnologiyalarına əsaslanan avtomatlaşdırılmış sistemlər tərəfindən yerinə yetirilir.
Lakin Ümumrusiya Əmək Tədqiqatları İnstitutunda qeyd edirlər ki, bu sahələrin işçiləri tamamilə işsiz qalmayacaq. Bir çox peşələr dəyişir. Robotlar və digər avtomatlaşdırılmış sistemlər tərəfindən mənimsənilən funksiyalar yalnız bir insanın edə biləcəyi daha mürəkkəb vəzifələrlə əvəzlənəcək.
Oruc MUSTAFAYEV (Azərbaycan müəllimi)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)