Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-07 11:11:00
 Lənkəran Dövlət Universitetində  imtahan sessiyasına start verilib

Təhsil naziri Ceyhun Bayramovun müvafiq əmrinə əsasən, Lənkəran  Dövlət Universitetində (LDU)  2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyasına bu gün -7 yanvar tarixində start verilib. Lənkəran Dövlət Universitetinin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov universitetin tədris korpuslarına baş çəkərək imtahanların gedişini əyani izləyib.

AzEdu.az xəbər verir ki, universitet rəsmisi  imtahan başlamazdan öncə dekanlar, koordinator-müəllim, rəhbər koordinatorlar və imtahanların gedişinə məsul digər  şəxslərlə  görüş keçirib. Görüş iştirakçılarını yeni təqvim ili  münasibəti ilə təbrik edən professor Natiq İbrahimov payız semestrinin imtahan sessiyasına hazırlığın son vəziyyətini onlarla birgə müzakirə edib, bununla bağlı  məsul şəxslərin hesabatlarını dinləyib.Natiq İbrahimov bu semestrdə də  imtahanların şəffaf keçiriləcəyinə, tələbələrin biliyinin qiymətləndirilməsində obyektivliyin təmin olunacağına əminliyini ifadə edərək tapşırıqlarını verib.

Qeyd edək ki, Lənkəran Dövlət Universitetində 2019/2020-ci tədris ilinin payız semestrinin imtahan sessiyası  əyani təhsilalma forması üzrə  bakalavriat və magistratura səviyyələrinin tədris qrupları üçün yanvarın 7-dən fevralın 1-nədək, qiyabi təhsilalma forması üzrə bakalavriat səviyyəsinin I-IV tədris ili qrupları üçün yanvarın 7-dən yanvarın 11-dək  keçiriləcək.

Bütün fakültələr üzrə imtahanlar əyani və qiyabi  təhsilalma forması üzrə saat 9:00-da  başlanacaq və  tələbələrə  imtahan suallarını cavablandırmaq üçün 2 saat  30 dəqiqə vaxt veriləcək.

 3713 bakalavr və 113 magistrantın iştirak edəcəyi  
imtahan sessiyasının gedişinə nəzarət etmək, tələbə və valideynlərin, həmçinin ictimaiyyətin müraciətlərinin qəbulu və araşdırılması məqsədi ilə Qərargah və onun nəzdində “Qaynar xətt” yaradılıb, əlaqə telefonları  kimi 025-5-27-86, 025-5 -24-17  müəyyən edilib.Sessiyanın gedişi müddətində obyektivliyi  və şəffaflığı təmin etmək, yarana biləcək neqativ halları dərhal aradan qaldırmaq məqsədi ilə   universitetin  tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün xüsusi qutular qoyulub. İmtahanların nəticələri barədə şikayətlərə vaxtında baxmaq və aşkar edilmiş çatışmazlıqları aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində Apellyasiya komissiyaları yaradılıb.

Xatırladaq ki,  ki,  sessiya  müddətində  universitetin  İctimai Şurasının üzvləri də  imtahanlarıln gedişini əyani izləyəcəklər.