Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-06 17:39:00
Dünyanın ən qeyri-adi məktəbləri- Tam fərqli tədris, qəribə özəlliklər-FOTOLAR

Azedu.az  dünyanın dörd bir tərəfindəki məktəblər haqqında maraqlı və qeyri-adi məlumatları təqdim edir:

1.Dünyanın ən qədim məktəbi İngiltərənin Kanterburi şəhərində yerləşən Kral məktəbidir (King’s school).

Eramızın 597-ci ilində təsis edilən  məktəb hazırda dünyanın ən modern tipli təhsil ocaqlarından hesab olunur:

 

2.Filippində butulkalardan tikilmiş bu məktəb görən hər kəsin təəccübünə səbəb olur. Məktəbin inşası üçün nə az, nə çox 9000 butulkadan istifadə olunub, onlarla könüllü işə cəlb olunub. Şüşələrin sağlam qalması üçün isə içlərinə qum, su və saman doldurulub:

 

3.Tələbə sayına görə dünyanın ən böyük məktəbi Hindistanın Lakhnau şəhərindəki Mantessori şəhər məktəbidir. Hər gün bu təhsil ocağına 32.000-dən çox şagird təhsil almağa yollanır. Burada 1000-dən çox sinif otağı, 3700-ə yaxın kompüter var:

 

4.2014-cü ildə İtaliyanın Turin şəhərində bir müəllimi və bir şagirdi olan məktəb ən kiçik təhsil ocağı kimi dünyada şöhrət qazanıb:

 

5.Hollandiyada uşaqların təhsilə başlama yaşı da olduqca maraqlıdır. Burada uşaqlar 4 yaşından məktəbə gedə  bilərlər:

6.Fransa məktəblərində yemək vaxtı tədris proqramının bir hissəsi hesab olunur. Bu zaman uşaqlar təkcə yedikləri ərzağın mənşəyi haqqında məlumatlanmır, həmçinin, davranış və etika qaydalarını da öyrənirlər:

7.Cənubi Koreyada şagirdlər dərsdən sonra sinifdə qalıb, otağın təmizliyinə kömək edirlər:

8.Finlandiyada şagirdlər məktəbə 7 yaşından başlayır. Bu isə dünyada ən gec məktəbə başlama yaşıdır:

9.Dənizdə üzən məktəb var, desək, yəqin ki, bir çoxunuz inanmayacaqsınız. Ancaq Banqladeşdə bu cür məktəblərdə təhsil almaq mümkündür. Burada 100-ə yaxın gəmi məktəbləri var. Bu məktəblərin internetə girişi və kitabxanası da var:

10.Kolumbiyanın Los Pinos vadisində uşaqlar məktəbə “zip line” vasitəsilə gedirlər. “Zip line” bu ərazidə yeganə nəqliyyat vasitəsidir. Əksi təqdirdə şagirdlər tropik meşə ilə getməlidir, bu yolla məktəbə çatmaq isə isə 2 saat vaxt aparır.

 

Turan OSMANLI