Azedu.az

Şəmkirdə şagirdi maşın vurub

5 Yanvar 2020, 15:51
Şəmkirdə şagirdi maşın vurub

Şəmkirdə məktəblinin vurulması ilə nəticələnən yol qəzası baş verib.

AzEdu.az xəbər verir ki, APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun 15 küçə adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan minik maşını yolu keçmək istəyən 2003-cü il təvəllüdlü Əhmədov Nicat Çingiz oğlunu vurub. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. N.Əhmədova lazımi tibbi yardım göstərilib, vəziyyətinin kafi olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Distant təhsil xərcləri azaltmaq üçün atılan addımdır?
Son xəbərlərDaha çox