Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-05 13:03:00
“Google” şirkətinin süni intellekti onkoloji mərkəzin üzvü olacaq

"Google" şirkətinin süni intellekti onkoloji mərkəzin üzvü olacaq.

AzEdu.az xəbər verir ki, süni intellekt həkimlərlə bərabər süd vəzisi xərçənginə qarşı mübarizə aparacaq.

2014-cü ildə “DeepMind” şirkətinin yaratdığı sistem təcrübəli radioloqlarla bərabər səviyyədə 10 min mammoqramı təhlil edib.

London İmperial Kolleci və İngilis Milli Səhiyyə Xidmətinin tədqiqatçılarından ibarət komanda onminlərlə mammoqram üzərində süd vəzisi xərçənginin aşkarlanma sistemini inkişaf etdirir. Daha sonra sistemin nəticələrini İngiltərədən 25 856 və ABŞ-dan olan 3097 mammoqramdan ibarət faktiki nəticələrlə müqayisə ediblər. Tədqiqat zamanı məlum olub ki, süni intellekt sistemi xərçəngi təcrübəli rentgenoloqlarla eyni dərəcədə dəqiqliklə müəyyən edə bilir. 

Üstəlik süni intellekt sayəsində yanlış təhlillərin sayı da azalıb. Təhlil prosesi ərzində süni intellekt ABŞ-dan olan pasiyent qrupunun pozitiv test nəticələrinin 5,7%-nin, britaniyalı qrupun isə pozitiv test nəticələrinin 1,2%-nin əsassız olduğunu üzə çıxarıb.

Eyni zamanda, yanlış olaraq neqativ hesab edilən test nəticələrini də süni intellekt üzə çıxarıb. Süni intellekt ABŞ-ın 9,4%, Böyük Britaniyanın isə 2,7% yanlış test nəticələrini aşkar edib.