https://www.zirve.edu.az/
04.01.2020 12:15
Xaricdə pulsuz təhsil almaq istəyənlərin nəzərinə!-Sərfəli təqaüd proqramları

Xaricdə təhsil almaq bir çox gəncin arzusudur. Xarici ölkələrdə təhsil almaq istər dünyagörüşün formalaşması, istərsə də təhsil və elm baxımından əhəmiyyətlidir.

AzEdu.az xaricdə təhsil almaq istəyənlərə kömək məqsədi ilə təqaüd proqramlarını təqdim edir:

Hollandiyada təhsil müəssisələrinin 70 %-I özəl, 30 %-I dövlətə məxsusdur. Buna baxmayaraq, dövlət bütün təhsil müəssisələrinin tədris proqramına nəzarəti edir.  Hollandiya ingilis dilində təhsil təklif edən ilk qeyri-ingilisdilli ölkədir. Bu ölkənin universitetləri ingilis dilində təxminən 1150 tədris proqramı təklif edir. Bunlar arasında bakalavr və magistr proqramlarından tutmuş, qısamüddətli kurs və ixtisasartırma proqramlarına qədər rast gəlmək olar.

Kiçik ölkə olmasına baxmayaraq, Hollandiyanın kimya, fizika, tibb, iqtisadiyyat və sülh sahələri üzrə 18 Nobel mükafatçısı var. Onlardan 1-i Nobel sülh mükafatı, 9-u fizika, 3-ü kimya, 3-ü tibb, 2-si isə iqtisadiyyat sahələri üzrədir.

Hollandiya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Holland Scholarship 2020-21 Details” proqramında yararlana bilərlər. Bu proqrama son müraciət tarixi 1 fevral 2020-ci ildir. “Holland Scholarship 2020-21 Details” proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://opportunitiescorners.info/holland-scholarship-2020/

Təhsil üçün tələbələrə sərfəli şərait yaradan ölkələrdən biri də Rumıniyadır. Avropa birliyinə üzv ölkələr içərisində sahəsinə görə yeddinci, əhalisinə görə doqquzuncu yerdədir. Bu ölkədə təhsil rumın və ingilis dilindədir. Rumıniya universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Romania Government Scholarship 2020 by Ministry of Foreign Affairs” proqramından yararlana bilərlər.Proqrama son müraciət tarixi  16 mart 2020-ci ildir. Bu proqram haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://opportunitiescorners.info/romania-government-scholarship-2020/?fo

İsveç dünyada ən üstün və prestijli akademik mükafatı olan Nobel sülh mükafatına ev sahibliyi edir. İsveçin əsas özəlliklərindən biri buradakı universitetlərin dövlət universitetləri olması və dövlət tərəfindən maliyyələşməsidir. Bu ölkənin universitetlərində təqaüdlə təhsil almaq istəyənlər “Sweden Government Scholarship 2020 Details” proqramından yararlana bilərlər. Bu proqrama son müraciət tarixi 15 yanvar 2020-ci ildir. “Sweden Government Scholarship 2020 Details” proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://opportunitydesk.info/300-sweden-government-scholarship-2020-fully-funded-swedish-institute-scholarship/?fbc

Fransada təqaüdlə təhsil almaq istəyənlər “Eiffel” təqaüd proqramından yararlana bilərlər. Bu təqaüd proqramı Fransanın Xarici İşlər Nazirliyi tərəfindən ərsəyə gətirilərək, təhsil səviyyəsinin yalnız magistr və PHD mərhələlərini əhatə edir. “Eiffel” təqaüd proqramı namizədin Fransada oxuduğu müddət ərzində   təyyarə, nəqliyyat biletləri, təhsil haqqından azad edilmə, sosial və tibbi sığortaların yazılmasını qarşılayır. Təqaüd proqramına son müraciət tarixi 9 yanvar 2020-ci ildir. Təqaüd proqramı haqqında ətraflı məlumata sahib olmaq istəyənlər aşağıda göstərilən linkə daxil ola bilərlər:

https://www.campusfrance.org/en/eiffel-scholarship-program-of-excellence?fbclid=IwAR22jt-2JADX7nRpI50Tpo-nh7f9QGFctgLkzus-b88BZpPRFCR2ISI1ABc

 

Günel Yaşarqızı
Müəllifin digər yazıları