Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2020-01-02 10:34:00
Kolleclərə müsabiqə zamanı attestat qiymətləri necə nəzərə alınır?-DİM 

Məlum olduğu kimi IX və XI illik təhsil bazasında kolleclərə qəbul buraxılış imtahanları əsasında aparılır.

 Bəs 9-illik təhsil bazasında kolleclərə müsabiqə zamanı attestatdakı qiymətlər nə vaxt və necə nəzərə alınır?

AzEdu.az xəbər verir ki, DİM-dən verilən məlumata əsasən, müsabiqədə abituriyentin qəbul (buraxılış) imtahanında topladığı ümumi bal əsas hesab edilir. Lakin müsabiqə zamanı ümumi balı eyni olan iki və daha çox abituriyenti bir-birindən fərqləndirmək məqsədilə müvafiq  ardıcıllıqda attestat göstəricilərdən istifadə edilir. 
Attestatda "Azərbaycan dili" (təlim Azərbaycan dilində olan məktəblərdə), "Rus dili" (təlim rus dilində olan məktəblərdə), “Gürcü dili” (təlim gürcü dilində olan məktəblərdə), “Ədəbiyyat”, "Xarici dil", "Riyaziyyat", "Azərbaycan tarixi", "Ümumi tarix", "Fizika", "Kimya","Biologiya", "Coğrafiya" fənləri üzrə yazılmış yekun qiymətlərin ədədi ortası ardıcıllıqla müqayisə edilir. 

Əlavə olaraq, qəbul (buraxılış) imtahanında ana dili fənni üzrə toplanılan balın miqdarıda nəzərə alınır.

Qeyd edək ki, kolleclərə qəbul 3 fənn- Azərbaycan dili, riyaziyyat və xarici dil əsasında aparılır.

Ayşə MÜSEYİB