![](https://azedu.az/uploads/news/2020/01/azedu.az_bilesuvar30.12.2019_1577700560_509.jpg)
Biləsuvar Rayon Təhsil Şöbəsində I Könüllülük proqramına start verilib.
AzEdu.az xəbər verir ki, Təhsil şöbəsi könüllü əsaslarla işləmək arzusunda olan 18-29 yaşlarında gəncləri əməkdaşlığa dəvət edir.
Könüllü kimi fəaliyyət göstərmək istəyən gənclər təhsil şöbəsinin müxtəlif bölmələrində 3 ay təcrübə keçmək imkanı qazanacaqlar. Həmçinin MİQ imtahanı verən, lakin müvafiq vakansiya üzrə iş yeri əldə edə bilməyən könüllülərə təcrübəli müəllimlərin dərslərində iştirak etməyə şərait yaradılacaq.
İntizamlı, xoşrəftar, kollektivdə çalışmaq istəyi olan, kompüterdə işləməyi bacaran, ali və orta ixtisas təhsilli gənclər könüllü fəaliyyət göstərmək üçün müraciət edə bilərlər.
Könüllü kimi fəaliyyətini uğurla başa vuran gənclərin hər birinə Biləsuvar Rayon Təhsil Şöbəsi tərəfindən müvafiq sertifikat veriləcək.
Arzu HÜSEYNOVA,
Biləsuvar Rayon Təhsil Şöbəsinin ictimaiyyətlə əlaqələr üzrə məsul şəxsi (Azərbaycan müəllimi)
kitabı
![Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək Bu il müsahibə mərhələsi yeni qaydalarla həyata keçiriləcək](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Ekran_goeruntusu_2024-07-19_113921_631.png)
![MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq MİQ imtahanlarının vakansiya seçimində onlara güzəşt olunacaq](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721642356_1720415859_1720241435_1719386088_1689050098_azedu.az_imtahan_699_164.jpg)
![MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər MİQ-ə yaxşı hazırlaşmayan müəllimlər prosesdən şikayətçidirlər](https://azedu.az/uploads/news/2024/07/azedu.az_Yeni_Proje_(2)_529.jpg)
![](https://azedu.az/uploads/news/2024/07/azedu.az_17213778413134733106_1200x630_560.jpg)
![700 balı o TOPLADI 700 balı o TOPLADI](https://azedu.az/uploads/news/2024/07/azedu.az_1721402644_1718172932_azedu.az_whatsapp_image_2024-06-12_at_09.57.55_983_266.jpeg)
![Vunderkind: 700 bal toplayacağıma inanırdım Vunderkind: 700 bal toplayacağıma inanırdım](https://azedu.az/uploads/news/2024/07/azedu.az_IMG-20240719-WA0108_196.jpg)
![Masallıda 94 məzun fərqlənmə attestatı alıb Masallıda 94 məzun fərqlənmə attestatı alıb](https://azedu.az/uploads/news/2024/07/azedu.az_cc54c206c6de4a35b9df65213b798d8718720242017388_635.jpg)
![Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır Peşə təhsili müəssisələrində işə qəbul müsabiqəsinə başlanılır](https://azedu.az/uploads/news/2024/07/azedu.az_azedu.az_1690528156_06-01.08.22-01_286_732.jpg)