Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-28 09:54:00
Xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb

“2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2020-ci ilin yaz semestrində xaricdə doktorantura təhsilinin maliyyələşdirilməsi ilə bağlı elan edilmiş sənəd qəbulunun müddəti uzadılıb.

AzEdu.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnformasiya şöbəsinin ictimaiyyətlə əlaqələr sektorunun baş məsləhətçisi Billurə Hacızadə bildirib.

Onun sözlərinə görə, qeyd olunan proqram çərçivəsində 2020-ci yaz semestri üzrə xaricdə doktorantura təhsili üçün elan edilmiş sənəd qəbulunun müddəti 25 yanvar 2020-ci il tarixinədək uzadılıb.