https://www.zirve.edu.az/
20.12.2019 12:44
Finlandiyada tam fərqli qəbul imtahan forması – Təəccüblənəcəksiniz
Çap et

Ali məktəblərə qəbul olmaq üçün finlandiyalı şagirdlər imtahan verməyə də bilərlər.

AzEdu.az xəbər verir ki,  bu barədə məlumat Sosial Tədqiqatlar Mərkəzi tərəfindən hazırlanan “Azərbaycan Barometri” jurnalının ikinci sayında bildirilib.

Hesabata əsasən, Finlandiyada abituriyentlər inanılmaz dərəcədə şanslıdırlar. Onlar istəsələr, ümumiyyətlə imtahan verməzlər, çünki peşə məktəblərinə daxil olmaq üçün sadəcə olaraq məktəbi bitirmək haqqında attestatı təqdim etmək kifayət edir. Yalnız üç il gimnaziyada oxuduqdan sonra finlandiyalı şagirdlər ali məktəbə daxil ola bilirlər. Bunun üçün fin dili, isveç dili, xarici dil, riyaziyyat və təbiət elmlərindən cəmi bir ümummilli imtahandan keçmək tələb olunur. Bu, olduqca sadə imtahan hesab olunur və məzunların böyük əksəriyyəti onu problemsiz keçir.

İmtahan təxminən bu cür keçirilir: abituriyentin bütün şəxsi əşyalarını özü ilə imtahan zalına keçirməməsi üçün cəmi iki müəllim prosesə nəzarət edir.

Gərəkli olan hər şey əvvəlcədən artıq auditoriyada yerləşdirilib. Yalnız hər hansı bir lüğətin və soraq kitabçasının imtahan zalına keçirilməsinə icazə verilir. Kiminləsə məsləhətləşmək və ya köçürmək qəti qadağandır, əks halda abituriyent imtahan zalından qovulmaqla cəzalandırılır. Maraqlıdır ki, bu imtahanların nəticələri ali məktəbə qəbula heç bir şəkildə təsir etmir, ali təhsil müəssisəsinə qəbul olmaq üçün əlavə qəbul imtahanları vermək lazımdır.

Məlumata əsasən, 2016-cı ildən etibarən Finlandiyada əksər gimnaziyalar elektron buraxılış imtahanları sisteminə keçib.

Günel Yaşarqızı
Müəllifin digər yazıları