Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin akademik-katibi, Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) tərəfindən təşəkkürnamə ilə təltif olunub.
İnstitutdan AzEdu.az-a bildirilib ki, alim bu mükafata Moldovanın paytaxtı Kişinyovda böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan tədbirdə yaxından iştirakına görə layiq görülüb.
Akademik Teymur Kərimliyə təşəkkürnaməni TÜRKSOY-un Baş katibi Düsen Kaseynov təqdim edib.