Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-08 14:51:00
Təhsil Nazirliyi: Xırdalan şəhərində vətəndaşlar qəbul ediləcək

Təhsil nazirinin müavini Firudin Qurbanov dekabrın 13-də saat 10.00-da Xırdalan şəhərindəki Abşeron Rayon Mədəniyyət Mərkəzində Abşeron, Zəngilan və Şuşa rayon sakinlərini qəbul edəcək.

Təhsil Nazirliyindən AzEdu.az-a bildiriblər ki, 2019-cu ilin dekabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq keçirilən qəbulda Abşeron rayonunda müvəqqəti məskunlaşmış məcburi köçkünlər də iştirak edə bilərlər.

Qəbula gəlmək istəyən vətəndaşlar dekabrın 5-dən 11-dək (saat 18.00-dək) Təhsil Nazirliyinin Telefon Məlumat Mərkəzinin 146-1 nömrəli telefonuna (“Qaynar xətt” xidməti) zəng etməklə və ya nazirliyin rəsmi saytının “Vətəndaşların qəbulu” bölməsinə daxil olmaqla (http://edu.gov.az/az/contacts/request) elektron qeydiyyatdan keçə bilərlər.

Qeydiyyatdan keçmiş vətəndaşlardan xahiş olunur ki, qəbula gələrkən aidiyyəti məsələləri dolğun ifadə edən ərizə ilə müraciət etsinlər.