Azərbaycan dilinin yeni orfoqrafiya lüğəti bu ilin sonunda dərc olunacaq.
Bu barədə AzEdu.az-a AMEA-nın Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu məlumat verib.
O bildirib ki, lüğət artıq çapa verilib:
Xatırladaq ki, akademik daha əvvəl verdiyi açıqlamasında bir sıra sözlərin “adapter” – yükləyici, “zaryatka” – yükləmə, “razetka” – yuvacıq, “udlinitel” – uzadıcı, proqnoz – öncəgörmə kimi təklif olunduğunu, öncəgörmə deyəndə isə hamının fal baxmaq kimi anladığını, ancaq bu sözün yazılı abidələrimizdə də işləndiyini diqqətə çatdırıb.
Akademik həm də köhnə orfoqrafiya lüğətində narazılıq yaradılan sözlərin çıxarıldığını da bildirib. (Oxu.az)