Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-12-01 17:35:00
Summativ zamanı çətin suallar şagirdə nə qədər bal qazandırır? - İzah

Ötən tədris ilində qiymətləndirilmə qaydalarına edilən dəyişikliklər müəllimlərdə xeyli suallar yaratdı. Orta ümumtəhsil müəssisələrində yarımil sonu yaxınlaşdığına görə eyni məsələlər indi də aktuallığını saxlayır.

Hazırda müəllim, valideyn və şagirdlərin maraqlandığı məqamlardan biri də summativ qiymətləndirmələr zamanı hansı çətinlikdə sualların şagirdə nə qədər bal qazandırması ilə bağlıdır.

AzEdu.az məlumat verir ki, bu, Təhsilalanların attestasiyası qaydalarında əks olunub. Qaydalara görə, suallar hər bir sinif və fənn üzrə 4 səviyyədə tərtib edilir. 1-ci səviyyə ən asan, 4-cü səviyyə isə ən yüksək səviyyəni əks etdirir. Suallar müxtəlif mürəkkəblik səviyyəsində hazırlanır. 1-ci və 2-ci səviyyəyə təhsilalanların əksəriyyətinin cavablandıra biləcəyi suallar aid edilir. 3-cü və 4-cü səviyyəyə daha hazırlıqlı şagirdlərin cavablandıra biləcəyi suallar aid edilir. Səviyyələr üzrə sualların qiymətləndirmə ballarının 100 ballıq şkalada qiymətləndirilməsi nəəzərdə tutulur:

– 1-ci səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni təşkil edir və 20 bal gətirir;

– 2-ci səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni təşkil edir və 30 bal gətirir;

– 3-cü səviyyə üzrə suallar qiymətləndirmənin 30%-ni təşkil edir və 30 bal gətirir;

– 4-cü səviyyə üzrə suallar qiymətləndirmənin 20%-ni təşkil edir və 20 bal gətirir.

Qeyd edək ki, qaydalara görə, hər fənn üzrə böyük summativ qiymətləndirmə ibtidai təhsil səviyyəsində 45, ümumi orta və tam orta təhsil səviyyəsində isə 45-90 dəqiqə ərzində aparılır.

Hər fənn üzrə kiçik summativ qiymətləndirmə isə həmin fənnin tədris olunduğu 1 dərs saatı ərzində keçirilir.

Lamiyə Süleymanlı
Müəllifin digər yazıları