Azedu.az

İngilis dili nəticələrinə görə LİDER olan məktəblər - SİYAHI

Orta təhsil

10 Avqust 2026, 10:15
İngilis dili nəticələrinə görə LİDER olan məktəblər - SİYAHI

9-cu sinif şagirdlərinin buraxılış imtahanında ingilis dili fənni üzrə ən yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Orta bal göstəricisinə əsasən, ilk yeri BDU-nun nəzdində Bakı Türk liseyi tutub. Təhsil müəssisəsində imtahanda iştirak edən 210 şagirdin orta bal göstəricisi 94,30 faiz olub.

İkinci yerdə Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyası qərarlaşıb. Gimnaziyada 100 şagirdin orta balı 94,25 faiz təşkil edib.

Üçüncü sırada isə Fizika, riyaziyyat və informatika təmayüllü liseyi yer alıb. Burada 118 şagirdin orta bal göstəricisi 91,88 faiz olub.

Gəncə şəhər Fizika, riyaziyyat və informatika təmayüllü liseyində 69 şagirdin orta balı 91,37 faiz təşkil edib.

Akademik Zərifə Əliyeva adına liseydə 216 şagirdin orta bal göstəricisi 90,80 faiz olub.

BDU-nun nəzdində "Gənc istedadlar" liseyində 66 şagirdin orta balı 89,93 faiz təşkil edib.

Naxçıvan şəhəri Naxçıvan Dövlət Universitetinin nəzdində Gimnaziyada 61 şagirdin orta bal göstəricisi 89,75 faiz olub.

Bakı Avropa liseyində 132 şagirdin orta balı 89,19 faiz təşkil edib.

Kimya-biologiya təmayüllü liseyində 136 şagirdin orta bal göstəricisi 88,98 faiz olub.

Sumqayıt şəhəri "Dünya" məktəbində 11 şagirdin orta balı 88,34 faiz təşkil edib.

Sumqayıt şəhəri Texniki və təbiət elmləri liseyində 108 şagirdin orta bal göstəricisi 87,75 faiz olub.

Bakı şəhəri Humanitar fənlər təmayüllü məktəb-liseyində 65 şagirdin orta balı 85,08 faiz təşkil edib.

XXI əsr - Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzində 27 şagirdin orta bal göstəricisi 84,81 faiz olub.

Sumqayıt şəhəri "İstedad" liseyində 64 şagirdin orta balı 84,61 faiz təşkil edib.

ERA tam orta məktəbində 16 şagirdin orta bal göstəricisi 83,66 faiz olub.

Xəzər Universitetinin nəzdində "Dünya" məktəbində 39 şagirdin orta balı 83,25 faiz təşkil edib.

"İdrak" liseyinin Bakı filialında 25 şagirdin orta bal göstəricisi 83,14 faiz olub.

Bakı şəhəri 291 nömrəli Ekologiya liseyində 76 şagirdin orta balı 82,43 faiz təşkil edib.

S.Bəhlulzadə adına Xarici dillər təmayüllü gimnaziyada 129 şagirdin orta bal göstəricisi 82,13 faiz olub.

"Kaspi" liseyində 43 şagirdin orta balı 81,24 faiz təşkil edib.

SON DƏQİQƏ! Ukrayna Tatarıstanı bombaladı - Ö*lənlər var
Son xəbərlərDaha çox