Azedu.az

Xarici dil imtahanında fərqlənən məktəblər - 9-cu siniflər üzrə NƏTİCƏLƏR

Orta təhsil

14 Avqust 2026, 16:32
Xarici dil imtahanında fərqlənən məktəblər - 9-cu siniflər üzrə NƏTİCƏLƏR

9-cu sinif şagirdlərinin buraxılış imtahanında fransız və alman dili fənləri üzrə ən yüksək nəticə göstərən məktəbləri açıqlanıb.

AzEdu.az-ın əldə etdiyi məlumata görə, bu barədə 2025-ci ilə aid tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinə dair elmi-statistik materialların yer aldığı “Abituriyent” jurnalının 12-ci nömrəsində məlumat verilib.

Fransız dili üzrə:

Orta bal göstəricisinə əsasən, ilk yeri Xəzər Universitetinin nəzdində “Dünya” məktəbi tutub. Burada 12 şagirdin orta bal göstəricisi 60,27 faiz olub.

İkinci yerdə Oğuz rayonu Xaçmaz kənd 1 nömrəli tam orta məktəbi qərarlaşıb. Məktəbdə 13 şagirdin orta balı 51,15 faiz təşkil edib.

Üçüncü sırada Landau School ümumi təhsil müəssisəsi MMC-nin Yasamal filialı yer alıb. Burada 38 şagirdin orta bal göstəricisi 49,78 faiz olub.

Bakı Xoreoqrafiya məktəbində 27 şagirdin orta balı 35,69 faiz təşkil edib.

Neftçala rayonu 1 nömrəli şəhər tam orta məktəbində 11 şagirdin orta bal göstəricisi 33,80 faiz olub.

Lənkəran rayonu Gərmətük qəsəbə tam orta məktəbində 26 şagirdin orta balı 33,72 faiz təşkil edib.

İsmayıllı rayonu Tircan kənd tam orta məktəbində 16 şagirdin orta bal göstəricisi 32,72 faiz olub.

Qazax rayonu Kosalar kənd tam orta məktəbində 17 şagirdin orta balı 32,55 faiz təşkil edib.

Şərur rayonu Qorxun kənd tam orta məktəbində 24 şagirdin orta bal göstəricisi 32,29 faiz olub.

Alman dili üzrə:

Orta bal göstəricisinə əsasən, ilk yeri Bakı şəhəri Sağlamlıq İmkanları Məhdud Uşaqlar Üçün 5 nömrəli Respublika Xüsusi İnternat Məktəbi tutub. Burada 14 şagirdin orta bal göstəricisi 71,31 faiz olub.

İkinci yerdə Landau School ümumi təhsil müəssisəsi MMC-nin Yasamal filialı qərarlaşıb. Məktəbdə 87 şagirdin orta balı 60,94 faiz təşkil edib.

Üçüncü sırada Ağstafa rayonu Dağkəsəmən kənd 2 nömrəli tam orta məktəbi yer alıb. Burada 33 şagirdin orta bal göstəricisi 54,19 faiz olub.

Avropa Azərbaycan məktəbində 21 şagirdin orta balı 47,54 faiz təşkil edib.

Xəzər Universitetinin nəzdində “Dünya” məktəbində 35 şagirdin orta bal göstəricisi 46,91 faiz olub.

Qax rayonu Qaxbaş kənd 2 nömrəli tam orta məktəbində 13 şagirdin orta balı 42,32 faiz təşkil edib.

BSB tam orta innovasiyalar məktəbində 13 şagirdin orta bal göstəricisi 41,68 faiz olub.

Zaqatala rayonu Lahıc kənd tam orta məktəbində 20 şagirdin orta balı 39,82 faiz təşkil edib.

Qazax rayonu Çaylı kənd 2 nömrəli tam orta məktəbində 18 şagirdin orta bal göstəricisi 38,89 faiz olub.

Sumqayıt şəhəri 41 nömrəli tam orta məktəbində 22 şagirdin orta balı 37,04 faiz təşkil edib.

Ukrayandan KÜTLƏVİ HÜCUM - Rusiya şəhərləri dağıdılır
Son xəbərlərDaha çox