Azedu.az

Gürcüstanda məktəbli uşaq evdə yanaraq ölüb

Orta təhsil

Maraqlı

26 Noyabr 2019, 13:42
Gürcüstanda məktəbli uşaq evdə yanaraq ölüb

Gürcüstanın Kvareli rayonunun Qrem kəndində yaşayış evində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə nəticəsində 12 yaşlı uşaq yanaraq ölüb.

Ailənin digər üzvləri isə müxtəlif dərəcəli yanıq xəsarətləri ilə Telavi xəstəxanasına yerləşdiriliblər.

Hadisə yerinə xilasedicilər və polislər cəlb olunub. Yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.

Hadisənin baş verməsinə qaz sızmasının səbəb olduğu ehtimal edilir.

SON DƏQİQƏ! Əliyev Ərdoğana məktub göndərdi - Nələrolacaq?
Son xəbərlərDaha çox