Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2019-11-19 17:20:00
UNEC-də təlim: Beynəlxalq elmi jurnallar və nəşr qaydaları

Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) “Beynəlxalq elmi jurnallar və nəşr qaydaları” mövzusunda təlim keçirilib.

UNEC-dən AzEdu.az-a bildirilib ki, təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti Valeriya Kurmakayeva beynəlxalq jurnalların tələbləri və onlara çıxış modelləri, impakt faktor, kvartallar (Q1-Q4), istinad edilmə standartları (EndNote Match), məqalələrin strukturu, rəy prosesi və s. barədə məlumat verib.

Doktorant və dissertantların məlumatlandırılması məqsədilə keçirilən təlimdə tədqiqatçıların dissertasiyalarının əsas elmi nəticələrinin dərc edilməsi qaydaları haqqında təqdimat olub.